İnnovasiya İqtisadiyyatlarının Əmək Resurslarının Müqayisəli Təhlili: STEM Kadrları Perspektivi

XÜLASƏ:

Məqalənin məqsədi innovasiya iqtisadiyyatına keçid şəraitində ilkin coğrafi göstəriciləri Azərbaycan Respublikası ilə yaxın ölkələrin əmək ehtiyatları perspektivindən müqayisəli iqtisadi təhlilinin aparılması, innovasiya səmərəliliyinin yüksəldilməsi məqsədilə zəif məqamları aşkar etmək və onların aradan qaldırılması yollarını müəyyən etməkdir. Tədqiqat işi abstraksiya, müqayisəli təhlil, sistemli təhlil, məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti Azərbaycanda və innovasiya iqtisadiyyatına keçidi stimullaşdıran region ölkələrin müvafiq iqtisadi siyasətinin formalaşdırılması zamanı faydalı ola bilər. Tədqiqatın orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, innovasiya iqtisadiyyatlı ölkələrin əmək ehtiyatlarının strukturu öyrənilmiş, infomasiyanı istehsal edən STEM(Science Technology Mathematics Engineering) kadrlarının bu strukturdakı yeri tədqiq edilmişdir.

Açar sözlər:  innovasiya iqtisadiyyatı, əmək ehtiyatları strukturu, müqayisəli təhlil, STEM

 

 

THE COMPARATIVE ANALYSIS OF LABOR RESOURCES OF INNOVATION ECONOMIES: STEM PERSPECTIVE

 ABSTRACT:

The purpose of the article is to make a comparative economic analysis of the countries close to the Azerbaijan Republic according to its initial geographical indications in terms of labor force perspective in the transition period to innovation economy; to detect the weaknesses in order to increase the efficiency of innovation and to identify ways to eliminate these weaknesses. The research has been carried out on the basis of the research methods such as abstraction, comparative analysis, system analysis, logical generalization. The practical importance of the research is that it would be useful for the countries such as Azerbaijan and other region countries stimulating the transition to the innovation economy for making an appropriate economic policy. The originality and the scientific innovation of the study is that the structure of labor forces of the countries with innovation economy has been learned, the role of STEM(Science Technology Mathematics Engineering) on producing information has been studied.

Keywords:  innovation economy, labor force structure, comparative analysis, STEM

 

 

СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ТРУДОВЫХ РЕСУРСОВ В ИННОВАЦИОННЫХ ЭКОНОМИКАХ: ПЕРСПЕКТИВЫ СТЭМ КАДРОВ

 РЕЗЮМЕ:

Цель статьи провести сравнительный экономический анализ с перспективы трудовых ресурсов Азербайджанской Республики со странами со схожими первичными географическими показателями в условиях перехода к инновационной экономике, выявить и определить пути устранения слабых сторон с целью улучшения эффективности инноваций. Исследовательская работа выполнена на основе методов абстракции, сравнительного анализа и логического обобщения. Практическая важность исследования состоит в том что она может быть полезна при формировании соответствующей экономической политики в Азербайджане и в странах региона для стимулирования перехода к инновационной экономики. Оригинальность и научная новизна исследования заключается в исследовании структуры трудовых ресурсов в странах с инновационной экономикой и определении роли (места) производителей информации – STEM(Science Technology Mathematics Engineering) кадров в данной структуре.

Ключевые слова: инновационная экономика, структура трудовых ресурсов, сравнительный анализ, STEM

 

 

KONSEPTUAL YANAŞMA

Hazırda dünya iqtisadiyyatı innovasiya əsaslı iqtisadiyyata transformasiya edilməkdədir, aparıcı iqtisadiyyatlar buna müvəffəq olsalar da bu proses həm aparıcı həm də digər ölkələr üçün aktualdır və davam edən bir prosesdir. Dayanıqlı iqtisadi sistem qurulmuş dövlətlər, Tədqiqat və İnkişafın(R&D) innovasiyanı  stimullaşdırması və texnologiya transferinə təsirindən meydana gələn iqtisadi əhəmiyyəti[1] dərk etdiklərindən informasiya istehsalının çəkisini ümumi iqtisadiyyatda artırmağa, digər ölkələr isə “hərəkət edən qatara” çatmağa çalışırlar. Ona görə innovasiya əsaslı iqtisadiyyat quruculuğuna keçid prosesində ölkəmizin əmək ehtiyatlarının mövcud strukturunun aparıcı ölkələr ilə müqayisəli təhlilinin aparılması, informasiyanı istehsal edən kadr potensialının həmin strukturdakı yerinin qiymətləndirilməsi vacibdir.

Ölkələr iqtisadi-siyasi güc baxımından müqayisə edilərkən, əhali və ərazi cəhətdən böyük olanların irəli çıxdığı məlumdur. Ancaq müasir iqtisadiyyatlarda bu yanaşma getdikcə öz əhəmiyyətini itirməkdədir: Sinqapur, İrlandiya, Finlandiya kimi ölkələr də dünya iqtisadiyyatı dövriyyəsində çox əhəmiyyətli yer tuta bilməkdədir. Bu baxımdan regional və ya iqtisadi göstəricilərinə görə yaxın ölkələr deyil, Azərbaycan Respublikasına əhali və sahə cəhətdən yaxın olan ölkələrin müqayisəli təhlili yeni bir yanaşma tələb edir. Ancaq təəssüf ki, bu sahədə, Unesco, Dünya Bankı, Eurostat və s. kimi statistik mənbələrdə Azərbaycan Respublikasının məlumatları olduqca məhduddur, xüsusilə də STEM (Science Technology Engineering Mathematics) əmək ehtiyatları sahəsində statistik məlumatlar yox dərəcəsindədir. Bu səbəbdən bu məqalə üçün təhlilin abstraksiya, məntiqi ümumiləşdirmə kimi metodlar vasitəsilə edilməsi ən optimal metod olaraq qəbul edilmişdir.

 

GİRİŞ

STEM kadrları, iqtisadiyyata dəstək göstərən innovasiyanın meydana gəlməsində 2 yolla iştirak edirlər. Birincisi innovasiya texniki proqressə səbəb olur, hansı ki iqtisadi və sosial rifahın ilkin şərtidir. Digər tərəfdən isə innovasiyalar, ölkənin qlobal bazarda rəqabət qabiliyyətini inkişaf etdirir ki, bu da iqtisadi artımın əsasıdır. 2010-cu ildə Avropa Komissiyası tərəfindən hazırlanan Avropa 2020 strategiyasında 3 əsas prioritetə fokuslanmaq  təklif edilmişdir: Birincisi bilik və innovasiyaya əsaslanan iqtisadiyyat tərəfindən formalaşan çevik artım yaratmaqdır. Digər prioritet iqtisadi artımı resurs effektiv, yaşıl və daha rəqabətqabiliyyətli etməklə iqtisadiyyatın möhkəmləndirilməsinin davamlı olmasını təmin etməkdir. Sonuncu prioritet isə sosial və ərazi bağlılığını təmin etməklə yüksək-məşğul iqtisadiyyatlı əhatəli böyümədir[2]. Qeyd edilən bu 3 prioritetə çatmaq üçün STEM kadrlarının rolu əvəzedilməzdir. Onlar bazara tətbiq edilə bilən və texnoloji innovasiyaya töhfəsi yüksək iqtisadi artımın yanında, yeni iş yerlərinin yaradılması, təmiz enerji təchizatının təmin edilməsi, təbii ehtiyatların davamlılığını saxlamaq və iqlim dəyişikliyi ilə bağlı problemləri həll etməkdə birbaşa praktiki rol oynayırlar. Avropa ölkələri üçün kifayət qədər keyfiyyətli STEM kadrlarının varlığı 2020-ci ilə qədər prioritet siyasət olacaqdır, bu trendin 2020-ci ildən sonra da davam etməsi gözləniləndir.

QLOBAL İNNOVASİYA İNDEKSİ VƏ STEM

qii

Qloballaşmanın dünyanı “kiçiltdiyi” və kiçik ölkələr üçün kəmiyyətin getdikcə əhəmiyyətini azaltdığı bir dövrdə, “cırtdan” dövlətlər də qlobal iqtisadi proseslərdəki rolunu artıra bilməkdədir. Biz artıq dünya iqtisadiyyatından danışarkən böyük miqyaslı ölkələr olan ABŞ, Yaponiya, Çin kimi çox böyük ölkələrlə yanaşı Cənubi Koreya Respublikası, Tayvan, İsveçrə, İsrail, Hollandiya, İsveç, Finlandiya kimi ölkələrin də adını çəkirik. Məsələyə bu kontekstdən yanaşaraq STEM kadrların əhəmiyyətini düzgün qiymətləndirə bilmək və müqayisəli təhlil apara bilmək üçün bu məqalədə Cornell Universiteti, “INSEAD” Biznes Məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ortaq layihəsi olan 2014-cü il Qlobal İnnovasiya İndeksi hesabatı[3] nəzərdən keçirilmişdir. Yeri gəldikcə son illərin hesabatına da istinad edilməklə birlikdə 2014-cü il hesabatının əsas hesabat kimi seçilməsini 2 səbəb şərtləndirmişdir: Birinci səbəb, hesabatın 2014-cü il mövzusu “İnnovasiyada İnsan faktoru”dur, ikinci səbəb isə müqayisəli təhlildə son illərin iqtisadi krizisinin müqayisəyə təsirlərini aradan qaldırmaqdır.

Qİİ-yə görə Azərbaycan Respublikası 143 ölkə arasında 100 xaldan 29,60 xalla 101-ci yerdə, onun tərkib hissəsi olan Mədaxil alt indeksində 37,35 xalla 91-ci yerdə, Məxaric alt indeksində isə 21,73 xalla 109-cu yerdə qərarlaşmışdır(Cədvəl 1). Müqayisəli təhlil aparmaq üçün Qİİ hesabatındakı 143 ölkədən 27 ölkə seçilmişdir ki, bu seçim aşağıdakı metodologiya vasitəsilə aparılmışdır. İlk öncə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksi 4.0 və ondan yuxarı ölkələr, daha sonra əhali və sahə coğrafi göstəriciləri üzrə Azərbaycan Respublikası ilə yaxın ölkələr təyin edilmişdir. Bunun üçün hər bir ölkənin sahəsini və əhalisinin sayını müvafiq olaraq dünyanın ümumi sahəsinə və ümumi əhali sayına bölünməsi ilə alınan rəqəmlərin cəminin Azərbaycan üzrə alınan rəqəmlə yaxın olan ölkələr müəyyən edilmişdir. Sonda isə Qİİ  indeksində 40 xaldan yuxarı 27 ölkə seçilmişdir ki, nəticədə onlar həm coğrafi göstəricilər baxımdan yaxındırlar, həm də innovasiya indeksində yüksək xal toplamışdırlar.

Qİİ-yə ilkin nəzər saldıqda, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçid dövrü ərzində institusional və bazar mühiti baxımından az iş görmədiyini müşahidə edirik. Müvafiq

qii2

olaraq bu kateqoriyalardan 53,40 və 59,90 xal toplamışdır. Ancaq mədaxil alt indeksini təşkil edən digər kateqoriyalardan az xal toplamışdır. Bunlar (1)infrastruktur kateqoriyası, xüsusilə (2)insan kapitalı və tədqiqat kateqoriyası(İKTK) və (3)biznes mühiti kateqoriyasıdır ki, müvafiq olaraq xallar 32,40; 20,90 və 20,10 xal təşkil etmişdir. Qİİ-nin 2016-cı il hesabatında Azərbaycan Respublikasının infrastruktur indeksi 32,40 xalından 40,80 xalına yüksəldiyini də nəzərə alaraq bu məqalədə əsasən daha çox mövzuyla birbaşa əlaqəsi olan İKTK və onunla bağlı biznes mühiti kateqoriyası üzrə müqayisələr aparılacaqdır. Seçilən 27 ölkənin orta İKTK xalı Azərbaycan Respublikası istisna olmaqla 50,28 xal təşkil etmişdir ki, bu kateqoriya üzrə Azərbaycan Respublikasının xalı 20,9 xalla orta rəqəmdən 2 dəfədən də artıq aşağıdır. Və bu kateqoriya üzrə ən az xal toplayan Moldova Respublikasının xalından(28,60) fərqi isə 7,70-dir. Bəs İKTK kateqoriyasına hansı faktorlar təsir edir?

İKTK özü məktəb təhsili, ali təhsil və tədiqat alt-kateqoriyalarına bölünmüşdür. Azərbaycan Respublikası üzrə məktəb təhsil sahəsində dövlət xərcləmələrinin ÜDM-dəki faizi bəndi, bütünlükdə ali təhsil alt kateqoriyası və tədqiqat və bütünlükdə tədqiqat-inkişaf(Tİ) alt kateqoriyası zəif nöqtə kimi üzə çıxır. İKTK kateqoriyasının ən əsas komponenti olan ali təhsil alt kateqoriyasının bəndləri ali təhsil faizi, elm-mühəndislik təhsili alanlar və təhsil mübadiləsi indeksləridir ki, hər üç indeksdə Azərbaycan Respublikası qeyd edilən ölkələrin bir çoxundan geri qalmaqdadır. Cədvəl 2  üzrə bu alt-indekslərin içində elm və mühəndislik məzunları indeksinə yaxından baxaq. Azərbaycan Respublikası 26,8 xal toplamışdır, ən yüksək indeksi 63,3 xalla Hong-Kong, ən aşağı indeksi isə 21,9 xalla Hollandiya toplamışdır.

qii3

Azərbaycan 26,8 xalla Hollandiyanı üstələsə də, həm ali təhsil kateqoriyasında həm də İKTK alt-indeksində hər iki ölkədən geri qalır. Ali təhsil mübadiləsi alt-kateqoriyası üzrə Hollandiyanın(24,8) Azərbaycandan(12,6) təxminən 2 dəfə yüksək xal yığması ali təhsil məzunlarına daha keyfiyyətli  təhsil verildiyinin sübutudur ki, bu da səmərəliliyə birbaşa təsir edən amillərdəndir. Bu mülahizəyə, Tİ kateqoriyasından Azərbaycan Respublikasının 11,9 xal toplamasına müqabil, Hollandiyanın 56,6, Honq-Konqun isə 44,8 xal yığması da dəstək göstərir. Tİ  kateqoriyasındakı digər alt indekslərdəki rəqəmlər də eyni həyəcan təbilini vurmaqdadır. Qeyd edilənləri sadələşdirsək, Azərbaycan innovasiya sahəsində geri qalmasının səbəbini investisiya, infrastruktur amilində deyil, məhz keyfiyyət, səmərəlilik və optimallıq məsələsində axtarılmalıdır.

İKTK kateqoriyasına ümumi nəzər saldıqdan sonra, Qlobal İnnovasiya İndeksinin Biznes Mühiti Kateqoriyasını(BMK) nəzərdən keçirək. Bu kateqoriya ona görə əhəmiyyətlidir ki, bazar iqtisadiyyatı şəraitində verilən təhsilin keyfiyyət meyarı cəmiyyətə və iqtisadiyyata faydası şəklində təzahür edir. Biznes mühiti kateqoriyası, İKTK-nın bəndləri olan məktəb təhsili, ali təhsil və Tİ indekslərinin akkumlyasiyası nəticəsində innovasiyaya, dolayısı ilə cəmiyyətə və iqtisadiyyata transferini simvolizə edir. BMK yaradıcılığın, səmərəliliyin, rəqabətin artırılmasıda stimul rolunu oynayır ki, bu da ancaq yüksək səviyyəli STEM kadrları ilə ola bilər. BMK özü 3 alt-kateqoriyaya – bilik işçiləri, innovasiya inteqrasiyası və bilik həzminə bölünür. Məqaləmizlə birbaşa əlaqəsi olan bilik işçiləri kateqoriyası isə bilik əsaslı işlərdə çalışanlar, rəsmi təlim verən şirkətlər, biznes tərəfindən icra edilən tədqiqat və inkişafa dövlət xərcləri (TİDX) bəndlərinə bölünür. BMK üzrə ən yüksək xalı 66,7 xal ilə Sinqapur almışdır ki, rəqəmin yüksək olmasında ən böyük pay 89,1 xal ilə bilik əsaslı işlərdə çalışanlar indeksinin digər komponentlərə görə yüksək olmasıdır. Eyni trendi İsveçrənin xalında da görə bilərik – bilik əsaslı işlərdə çalışanların xalı 87,0 təşkil etmişdir. Rəsmi təlim verən şirkətlərin sayı baxımından Azərbaycan Respublikası ən aşağı 8,0 xal toplamışdır ki, ən yüksək xalı olan İrlandiya ilə arasında 84 xal fərq vardır. Biznes qurumları tərəfindən maliyyələşdirilən TİDX-nin ümumi TİDX daxilindəki faizi 2014-cü ildə 20,9 xal olsa da 2016-cı ildə 6,7 təşkil etmişdir.  Biznes qurumları tərəfindən icra edilən TİDX-nin ÜDM-dəki faizinə görə isə həm 2014 həm də 2016-cı ildə aşağı olmuşdur. Qeyd edilən xallar müvafiq olaraq 1,1 və 0,6 təşkil emişdir ki, ən son qeyd edilən 2 alt-kateqoriya üzrə göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq çox aşağıdır.

Sonda isə ikinci böyük alt indeks olan və mədaxilin səmərəliliyini əks etdirən məxaric alt indeksini nəzərdən keçirək. Cədvəl 1-dən də göründüyü kimi, Azərbaycan Respublikası məxaric alt indeksinə görə və onun tərkib hissəsi olan bilik və texnoloji məshullar və yaradıcı məhsullar kateqoriyalarına görə bütün ölkələrdən geri qalır. Yuxarı xallar sadəcə Xarici Birbaşa İnvestisiya net çıxışı(52,5), İKT və təşkilati model (64,8) və Milli kinofilm isthehsalıdır(20,7) ki, bunlar daha çox infrastruktur və institusional fokusun nəticələridir. Birbaşa iqtisadiyyata təsiri olan və insan keyfiyyəti amili ilə birbaşa bağlı olan Patent Əməkdaşlıq Müqaviləsi Müraciətləri(1,5), Elmi və texniki nəşrlər(5,8), İmtiyaz və lisenziya haqqları(0), Kreativ məhsul ixracı(10,3) bəndlərində isə indeksdə ən zəif nöqtələr təşkil etmişdir. Qeyd etməliyik ki, bu ölkələr sahəsi, əhalisi və ya ÜDM-də kapital həcmi faizi göstəricilərindən ən azı ikisi üzrə yaxın ölkələrdirlər. Belə halda Azərbaycan Respublikasının məxaric indeksinin çox aşağı olmasını necə izah edə bilərik?

Qİİ hesabatı özü bu suala nəzəri olaraq cavab verir. Hesabatda yüksək və orta gəlirli ölkələr üzrə innovasiya metrikləri 3 əsas göstərici ilə ifadə edilir. Bunlar QS universitet sıralamasındakı ilk 3 universitetin orta həddi, ən az 3 ofisdə açılan patent növləri və H indeks ilə istinadlı sənədlər göstəriciləridir. Burada Azərbaycanın rəqəmləri müvafiq olaraq 19,2 xalla 53-cü sıra, 2,7 xalla 89-cu və 4,5 xalla 116-cı yerdədir. Toplam xal 26,4 edir ki, müqayisə etdiyimiz ölkələrdən olan İsveçrədən 10 dəfədən, Hollandiya, İsveç və Koreyadan 8 dəfədən, Macarıstandan da 3 dəfədən də artıq aşağı xal toplamışdır. Bir daha qeyd edilməlidir ki, müqayisə edilən ölkələrin 2014-cü il ÜDM-də kapital həcmi ən az olan Portuqaliyada 15,14%, ən yüksək Koreya Respublikasında 29,28%, digərlərində isə bu iki rəqəm arasında təşkil etməkdədir. Azərbaycan Respublikasını çıxmaqla 23 ölkənin orta göstəricisi 22,43%, Azərbaycan Respublikasının göstəricisi isə 25,76% təşkil etmişdir. Əgər ən son qeyd edilən rəqəmlər kəmiyyət göstəriciləridirsə, Qİİ-nin innovasiya üzrə 3 metriki keyfiyyətlə və dolayısı ilə birbaşa insan kapitalı ilə əlaqəlidir. Müəllifin özünün çəkdiyi Qrafik 1-də  də Qİİ indeksinin 143 ölkə üzrə İnsan Kapitalı və Tədqiqat  indeksi ilə Məxaric indeksi arasında yüksək müsbət mütənasibliyin varlığı aydın nəzərə çarpmaqdadır. 2014 və 2016-cı illərdə hər iki indeksin rəqəmləri 143 ölkə üzrə  xətti asılılıq təşkil etməsi ondan xəbər verir ki, innovasiya məxaricinin artması, İKTK üzrə indeksin mütənasib artması ilə daha tutarlı izah edilə bilər.

qii4

Nətiədə, Qİİ hesabatı, Azərbaycanı həm ÜDM ilə müqayisədə aşağı performanslı dövlətlər siyahısına, təəssüf ki, həm də qeyri-məhsuldar innovatorlar siyahısında daxil etmişdir. Bu siyahıda “Öyrənənlər” kateqoriyasına Rusiya, Türkiyə, Rumıniya, Xorvatiya, Tayland, Litva, Macarıstan, Çin kimi ölkələr düşmüşdür ki, onlar böyük addımlarla liderlər kateqoriyasına doğru irəliləyirlər. Liderlər siyahısında isə bu məqalədə seçilən 27 ölkədən 16-sı mövcuddur: İsveçrə, İsveç, Finlandiya, Hollandiya, Danimarka, İrlandiya, Norveç, Koreya Respublikası, İsrail, Avstriya, Belçika, Çexiya, Estoniya, Yeni Zellandiya, Sinqapur və Honq-Konq. Qİİ üzrə göstərilən təhlillərdən sonra belə bir sual meydana çıxır. Azərbaycan Respublikasının Qİİ indeksinin, xüsusilə də insan kapitalı və tədqiqat indeksinin yüksəldilməsi üçün səmərəlilik faktoru necə artırıla bilər?

Məxaric indeksinin insan faktoru perspektivindən səmərəlilyinin artırılmasının açar sözü STEM kadrları ilə birbaşa əlaqəlidir. Bir çox ölkələr 90-cı illərin əvvəllərindən STEM kadrların keyfiyyətinin artırılmasına nail olmaq üçün STEM siyasətləri formalaşdırmış və bu prosesi məktəb təhsilindən başlamışlardır. Məhz STEM sahəsinə  verilən əhəmiyyət sayəsində dünya ölkələrində STEM kadrları getdikcə öz nüfuzunu bütün sahələrə sirayət etdirir, STEM qabiliyyətinə ehtiyac olan iş yerləri ümumi iş yerlərinə nisbətdə fərqi artmaqda davam edir və nəticədə həmin ölkələr innovasiyada rəqabətcil üstünlük təşkil edir. Məsələn, Avropa İttifaqı ölkələri üzrə əgər 2000-ci illərdə yüksək texnologiya işləri1 üzrə artım 5-6% arasında və digər sahələrdəki artım 1-3% arasında dəyişirdisə, 2010-cu ildən sonra yüksək texnologiya sahəsindəki artım 20% olmuşdur[4]. Bu, digər sahələrdəki artım ilə fərqi 12% fərq etməkdədir ki, həmin trend həm Aİ, həm də dünya ölkələri üzrə hələ uzun müddət davam edəcəyi gözləniləndir.  Goos və digərlərinin Eurostat hesablamalarına görə 1 yüksək texnologiya iş yeri, yerli iqtisadiyyatda 4 əlavə qeyri yüksək-texnologiya işi – hüquqçu, həkim, ofisiant, taksi sürücüsü, məktəb müəllimi, menecerlər və texnoloq kimi işlər – yaradır[4]. Bu, iqtisadiyyatdakı texnolologiya istehsal edən şirkətlərin səmərəliliyinə birbaşa təsirindən əlavə, ölkənin gəlirinin artırılması və iqtisadi inkişafında əhəmiyyətli rol oynayıcıdır. Avropa Parlamentinin STEM kadrları haqqında aparılmış tədqiqatında[5] STEM kadrlarına olan tələbatın Avropa İttifaqı ölkələrində 2013-2025-ci illər arasında 8% artımı gözlənildiyi qeyd qii5edilmişdir ki, halbuki digər kadrlara olan tələbat artımının 3% olacağı hesablanmaqdadır. STEM  ilə əlaqəli sektorlarda da eyni trend olacağı proqnozlaşdırılır. Belə ki qeyd edilən 12 il müddətdində 6,5% artım gözlənilməkdədir. Əgər əczaçılıq sektorunda faiz artımı gözlənilən deyildirsə də, kompüter sektorunda 8% və professional xidmətlər sektorunda isə 15% artım gözləniləndir. Business Europe-a görə “STEM qabiliyyətli əmək ehiyatları qıtlığı önümüzdəki illərdə iqtisadi artımın önündəki ən əhəmiyyətli maneə olacaqdır”[6]. Hal-hazırdakı çatışmazlıq sadəcə mühəndislik və İKT sahəsindədir, halbuki yuxarıda qeyd edildiyi kimi, STEM qabiliyyətləri artıq bütün professional xidmət sahələrinə sirayət etməkdədir. Bunu İngiltərədə biznes təmsilçiləri arasında aparılan sorğunun[7] nəticələri də təsdiqləyir. Belə ki, universitet təhsili üzrə dövlətdən gözlənilən prioritetlər ilə bağlı aparılan sorğuda, birinci tələbat məzunların işə götürülməsi ilə bağlı bacarıqlarının artırılmasıdırsa, ikinci tələbat istənilən STEM məzunlarının kəmiyyət və keyfiyyətini qii6artırmaqdır(Qrafik 2). Peşə Təhsilinin İnkişafı üzrə Avropa Mərkəzinin(CEDEFOP) STEM ilə əlaqəli sektorlarda gələcək əmək ehtiyacları cədvəlində(Cədvəl 3) də eyni trendi müşahidə edirik.[8]  Belə ki, “böyük data”, statistik və riyazi analiz, texniki proqramlardan istifadə və s. kimi qlobal qabiliyyət dəyişikliyi trendi artıq çox sahədə özünü biruzə verməkdədir.

STEM kadrların hazırlanmasının böyük nisbəti təhsil ilə olacağı başa düşüləndir. Və təhsil ilə iqtisadi inkişaf arasında yüksək əlaqənin olduğu akademik mühit tərəfindən qəbul edilən olsa da, bunun hansı mexanizm üzrə olacağı, məzmunu və nəticələri hər zaman müzakirə mövzusu olmuşdur[9]. İnsan kapitalı və nəticələrinin ölçülməsi çətinlikləri, qabiliyyət və innovasiyanın anlayışının ümumiliyi, və innovasiya yönümlü konkret tədqiqatların azlığı bunu daha da zəiflədir. Ən əhəmiyyətlisi isə, innvovasiya ilə ona lazım olan qabiliyyətli işçi arasında bəsit və ya tam qəbul edilmiş bir münasibət olduğunu deyə bilmirik. Biz sadəcə ölkə səviyyəsində texnoloji inkişafdan geri qalmamaq üçün tədqiqat və inkişafın(R&D) üstünlüklərindən istifadə etmək istəyirik, bunun üçün də yaxşı təhsilli insan kapitalı yığımına çalışırıq[10]. Əsasən zəif və orta gəlirli ölkələrdə məhsuldarlığın yüksəldilməsi, insan kapital və innovasiya arasında münasibətin qurulması məqsədilə yeni texnologiyayaya adaptasiya ola biləcək qabiliyyətli işçilərin keyfiyyətinin artırılması bunun üçün çox böyük əhəmiyyət kəsb etməkdədir[11].

Azərbaycanda STEM təhsilinin xüsusilə də STEM işçilərinin vəziyyəti haqqında təəsüf ki, yetəri qədər statistik məlumat mövcud deyildir. Ayrı-ayrılqda müxtəlif mənbələrdə müxtəlif məlumatlar olsa da, vahid metodologiya ilə Azərbaycan Respublikasını müqayisə edə biləcək informasiyalar yox dərəcəsindədir. Bu məqalədə innovasiya və buna bağlı olaraq STEM sahəsində lider ölkələrin vəziyyəti haqqında ümumi xülasə verilərək, müqayisə aparılmağa çalışılacaq. Belə ki, 2007-ci ildə, Finlandiya və Almaniyada mühəndislik işçiləri ümumi işçilər arasında ən yüksək paya sahib olan ölkələr olmuşdur. Bu iki ölkə elm və texnologiyaya xüsusi dərəcədə böyük əhəmiyyət verməkdədir. Məsələn, Eurostat statistikalarına görə həmin ildə Finlandiyanın tədqiqat və inkişafa xərci ÜDM-nin 3,47 %-ni, Almaniyanın isə 2,54 %-ni təşkil etmişdir. Buna müqabil olaraq, ən az mühəndislik sıxlığı mövcud olan Slovakiya Respublikası isə, həmin il avropa ölkələri arasında, ÜDM-nin 0,46%-ni yeni məhsul və proseslərə xərcləyə bilmişdir[12]. 2006-cı ildə Finlandiyada şirkətlərin yarısı, Almaniyada isə üçdə ikisi innovasiya ilə əlaqəli yüksək texnologiyalar ilə məşğul olan şirkətər təşkil edə bilmişdir ki, bu şirkətlərdə innovasiya istehsal edə bilən yüksək səviyyəli STEM kadrları işləyirlər.

Test əsaslı akademik performansa  və elm-texnologiya sahəsində oxuyan tələbə sayına fokuslanan təhsil sistemlərində kreativlik, tənqidi düşüncə və ünsiyyət qabilliyyətləri kimi müasir innovasiya cəmiyyətinin ən əhəmiyyətli qabiliyyətləri istehsal edilmir. Çünki, akademik təhsil metodu, tələbələrə innovativlik və təşəbbüskarlıq ruhunu aşılaya bilmir. Halbuki, informasiya iqtisadiyyatında STEM kimi təhsil siyasətləri ilə innovativ düşüncə tərzinin artırılması qərb ölkələrində uzun müddətdir ki, tətbiq edilməkdədir[3].

Azərbaycanda STEM sahəsini müqayisə edə bilmək üçün TQDK-nın rəsmi məlumatlarına əsaslanaraq, STEM kadrlarının böyük hissəsini təşkil edəcək I və IV qruplar üzrə orta bal göstəricilərini və sayını nəzərdən keçirmək olar[13]. 2015-2016-cı illər ərzində ali təhsil müəssisələrinə 32276 nəfər qəbul baş vermişdir ki, I qrup üzrə 10061(31,17%), IV qrup üzrə isə 2507(7,77%) olmuşdur. II, III və V qrupları üzrə isə müvafiq olaraq 9123(28,27%), 8540(26,46%) və 2418(6,34%) təşkil etmişdir. STEM kadrlarının əksəriyyətini təşkil edən qruplar üzrə cəmin 38,94% olması bir daha sübüt edir ki, əslində bu sahədə təhsil alacaq şəxslərin sayı kifayət qədərdir. Qruplar üzrə ayrı-ayrılıqda orta bal isə, bir-birindən çox fərqlənmədən 310-370 bal arasında olmuşdur. Bu rəqəm, qrupların öz aralarında keyfiyyət fərqinin çox olmadığını göstərməklə yanaşı, bütün qruplar üzrə, o cümlədən STEM kadrlarının əksəriyyətinin olduğu I və IV qruplar üzrə keyfiyyətin orta hədd civarında olduğunu göstərir. Nəzərə alsaq ki, bu orta rəqəm daxili statistikadır, vahid beynəlxalq müqayisəli təhlil zamanı göstəricilərin yetəri qədər olmaması daha qabarıq üzə çıxacaqdır. Məsələn, qruplar üzrə və ya STEM məzunlarının ixtisasları sahəsində işləyib-işləməmələri haqqında tədqiqat aparılsa, daha informativ nəticələr çıxacağı labüddür.

STEM kadrları, informasiya iqtisadiyyatında o qədər kritik məsələdir ki, ölkələr təshil hətta miqrasiya siyasətlərini bu məsələyə müvafiq olaraq dəyişdirirlər. Məsələn, 2016-cı ildə ABŞ, STEM sahəsində təhsil alan 40% civarında beynəlxalq tələbələrin məzun olduqdan sonra ABŞ-da 3 ilə qədər qalması və işləməsi üçün qanun qəbul etmişdir ki, nəticədə böyük əksəriyyəti də ABŞ-da qalmışdır[14]. Xarici tələbələrin STEM üzrə faizi İsveçdə 50%-dən, Finlandiyada 40%-dən, İsveçrə, Danimarka, İslandiya kimi ölkələrdə 30%-dən çoxdur[14]. Digər ölkələr üzrə aparılan təhlillər də STEM sahəsinin əhəmiyyətini bir daha qabardır. Belə ki, İngiltərədə elm və mühəndislik sahəsində yetəri qədər məzun sayı olmadığı, Kanadada isə professional xidmətlərdə xüsusilə İKT və mühəndisliklə ilə əlaqəli sahələrdə STEM peşələrində artım olacağı hesablanmışdır[15]. Koreya Respublikasında rəhbər(CEO) vəzifələrində STEM məzunlarının faizi 2003-cü ildəki 35,9%-dən 2007-ci ilə qədər 46,4%-ə çatmışdır. 2011-ci il Avstraliya siyahıyaalınmasına görə, STEM məzunları, yüksək məşğulluq nisbətinə(81%) və aşağı işsizlik nisbətinə(4%) malik olmuşdur[16].

STEM xətinin(STEM pipeline)  davamlı olması üçün, STEM tədrisi ilə yanaşı olaraq, tədqiqatçıların kəmiyyəti və xüsusilə də onların keyfiyyəti çox əhəmiyyətlidir. STEM xətti ancaq bu şəkildə dayanıqlı təşkil edilərsə iqtisadiyyata və iqtisadi artıma təsiri baş verər, əks halda ölkə “beyin köçü”nə məruz qalar. İƏİT ölkələri üzrə aparılan tədqiqatda, 1995-ci ildən 2011-ci ilə qədər tədqiqatçıların sayının ölkənin ümumi işçi sayında artımı müşahidə edilmişdir[17]. Bu artım, beyin köçünə məruz qalmamaq, onların iqtisadiyyata təsirini artırmaq məsqəsilə izah edilə bilər. Qeyd edilən tədqiqatda, Cənubi Koreya Respublikası artım screenshot_2tempinə liderlik edir, Aİ ölkələri onu izləməyə çalışır, Rusiya xaric digər ölkələr isə artım tempini ən azı sabit saxlamağa çalışır. Azərbaycan Respublikasında tədqiqatçıların sayı heç də aşağı deyil. Dünya İqtsadi Forumun statistikalarına əsaslanaraq Google Publilc Data Explorer
xidməti vasitəsilə çəkilən qrafiklərdən göründüyü kimi, 6 ölkə üzrə elm və mühəndislik işçilərinin sayı 2005-2011-ci illər arasında kifayət qədər olsa da, keyfiyyəti xarakterizə edən göstərici kimi verilən patent sayına görə isə Azərbaycan Respublikası diqqəti cəlb edəcək şəkildə geri qalmaqdadır[18].

Bütün bu təhlillərdən sonra, qeyd edilməlidir ki, kadrların keyfiyyəti və rəqabətliliyi, innovasiya əsaslı iqtisadiyyata keçid şəraitində isə xüsusilə STEM kadrları zəif nöqtə kimi ölkənin gələcəyini təhdid etməkdədir. Bu problemi aradan qaldırmaq üçün STEM istiqamətindəki siyasətləri beynəlxalq təcrübəyə əsaslanaraq 3 kateqoriyada qiymətləndirilməli və addımlar atılmalıdır[19]:

  1. Effektiv və cəlbedici STEM tədris planı və təlim metodu formalaşdırmaq
  2. STEM sahəsindəki müəllimlərin təhsil və professional inkişafının artırılması
  3. Cavan nəslin STEM karyerasına istiqamətləndirilməsi

 

NƏTİCƏ

İnsan kapitalı ölkələr üzrə bərabərləşməyə doğru sürətlə addımladığı şəraitdə, dünya dövlətləri qlobal iqtisadi səmərəliliyin artırılması üçün bir çox işlər görməkdədir. Bu müstəvidə hətta, STEM sahəsində aparıcı qüvvənin kişilər olması və qadınların innovasiyada cüzi iştirakı məsələsi qlobal tədqiqat mövzusuna çevrilmişdir. Səmərəliliyin artırılması məqsədilə qadın faktorunu STEM-də artırmaq, daha doğrusu STEM kadrlarının tərkibində qadınların da aktivləşdirilməsi və payının artırılması üçün statistik analizlər, təhlillər aparılır və siyasətlər tətbiq edilir. Dünyada baş verən bu proseslər mühitində, dünya əmək bazarı strukturunda gedən dəyişiklikdən Azərbaycan Respublikası uzaq qala bilmədiyi kimi, bu faktora xüsusi əhəmiyyət verilməsi vacib məsələlərdəndir. Məhz bunun üçün, innovasiya əsaslı iqtisadiyyata keçidi sürətləndimək, iqtisadi artımın davamlılığını təmin etmək, iqtisadiyyatın diversifikasıyalaşmasını maksimumlaşdırmaq və uzun müddətli iqtisadi inkişafa nail olmaq üçün STEM kadrların hazırlanması sahəsində daha böyük işlər görülməlidir.

QEYD: 1 – Qeyd edilən hesabatda[4], metodologiya baxımından “yüksək texnologiya işləri” hesablanarkən, bütün sektorlardakı STEM işləri ilə birlikdə yüksək texnologiya sektorundakı bütün işlər nəzərdə tutulmuşdur.

 

 

ƏDƏBİYYAT SİYAHISI: 

  1. Griffith, R., S. Redding, J. Van Reenen. 2004. “Mapping the Two Faces of R&D: Productivity Growth in a Panel of OECD Industries.” Review of Economics and Statistics, 86(4):883–95.
  2. Avropa Komissiyası. “Europe 2020: a strategy for smart, sustainable and inclusive growth.” Monoqrafiya {COM (2010) 2020} (2010).
  3. Index, G. I. (2014). The Global Innovation Index 2014 The Human Factor In Innovation’. Online: https://www.globalinnovationindex.org/userfiles/file/reportpdf/GII-2014-v5.pdf
  4. Goos, M., Hathaway, I., Konings, J., & Vandeweyer, M. (2013). High-technology employment in the European Union(Monoqrafiya), University of Leuven
  5. Caprile, M., Palmén, R., Sanz, P., Dente, G., (Fondazione Giacomo Brodolini, Italy), Encouraging STEM Studies for the Labour Market(policy paper), 2015. Online: http://www.europarl.europa.eu/RegData/etudes/STUD/2015/542199/IPOL_STU(2015)542199_EN.pdf
  6. Business Europe (2011): Plugging the Skills Gap – The clock is ticking (science, technology and maths). Business Europe, Brussels. Online: http://www.businesseurope.eu/Content/Default.asp?pageid=568&docid=28659, p.3.
  7. Confederation of British Industry. (2010). Ready to grow: business priorities for education and skills. Education and Skills Survey.
  8. Panorama Highlight, E. S. (2013). STEM skills analytical highlight.
  9. Bruland, K. 2003. ‘Education’. The Oxford, Encyclopedia of Economic History, Volume,2, ed. J. Mokyr. New York: Oxford University, Press. 160–70.
  10. Nelson, R., E. Phelps. 1966. ‘Investment in Humans, Technological Diffusion, and Economic Growth’. The American Economic Review 56 (1/2): 69–75
  11. López Boo, F. 2009. Human Capital and Productivity. Monoqrafiya. Washington, DC: Inter-American Development Bank
  12. Erdmann, V., & Schumann, T. (2010). European engineering report. Institut der deutschen Wirtschaft, Köln.
  13. 2015-2016-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili, TQDK, Abituriyent jurnalı, № 12, Dekabr 2015-ci il
  14. ICEF Monitor, 2016. Online: http://monitor.icef.com/2016/03/us-opt-rules-confirmed-foreign-stem-grads-can-now-stay-and-work-for-up-to-three-years/
  15. OECD Science, Technology and Industry Scoreboard 2013; OECD calculations based on OECD (2013), Education at a Glance: OECD Indicators
  16. Marginson, S., Tytler, R., Freeman, B., & Roberts, K. (2013). STEM: country comparisons: international comparisons of science, technology, engineering and mathematics (STEM) education.
  17. National Science Foundation, Science and Engineering Indicators 2013. SOURCE: OECD, Main Science and Technology Indicators (2013/14)
  18. Google public data chart of WEF, Global Competitive Report(2005-2011)
  19. Kearney, C. (2011): Efforts to Increase Students’ Interests in Pursuing Science, Technology, Engineering and Mathematics Studies and Careers: National Measures Taken by 21 of European Schoolnet’s Member Countries’. European Schoolnet, Brussels. Online: http://www.fisme.science.uu.nl/publicaties/literatuur/2011_european_schoolnet.pdf

Dəyanət Akif oğlu Əhmədov

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı

İnformasiya iqtisadiyyatı quruculuğunda mühəndis-texniki kadr hazırlığının yeri

Müəllif: Dəyanət Əhmədov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı

E-poçt: dayanat.ahmadov@gmail.com

Xülasə: 1990-cı illərdən başlayan və kəskinləşməyə doğru gedən informasiya cəmiyyəti və informasiya müharibəsi fonunda yeni iqtisadiyyata keçid zəruri hal almışdır.  Bu məqalədə, transformasiya edilən iqtisadiyyatlarda əmək ehtiyatları strukturunun kəmiyyət və keyfiyyət dəyişikliyi məsələsi və həmçinin mühəndis-texniki kadrların hazırlanmasının vacib məsələləri nəzərdən keçirilmişdir.

Abstract: With the background of information society and war on information that started in 1990s and has been alleviating since then, transition to the new economy has become essential.  In this article, we have examined some critical issues related to the qualitative and the quantitative changes in the structure of labor force together with the necessity of the formation of human capital in technical-engineering fields.

Açar sözlər: mühəndis-texniki kadr hazırlığı, informasiya iqtisadiyyatı, yeni iqtisadiyyat, əmək ehtiyatları struktur dəyişikliyi

İnformasiya iqtisadiyyatı quruculuğunda mühəndis-texniki kadr hazırlığının yeri

1980-ci illərin sonundan etibarən dünyanın geosiyasi və stratejik görünüşündə sürətli şəkildə dəyişikliklər baş vermiş və yeni strukturlar meydana gəlmişdir. Bir tərəfdən rəqabət üstünlüyü və bazar genişliyi baxımından qloballaşma prosesi, digər tərəfdən isə iqtisadi imkanların birləşdirilərək vahid bir iqtisadi güc meydana gətirmək üçün regional dövlət blokları meydana gəlməyə başlanmışdır. Xüsusilə son 20 ildə, dünya iqtisadiyyatı və ABŞ kimi böyük iqtisadiyyatlarda baş verən dəyişiklliklərə diqqət yetirsək mövcud sistemin bütövlükdə dəyişdirildiyini müşahidə edə bilərik. Köhnə sektorlar əhəmiyyətini, işçi tutumunu, istehsal potensialını itirərkən, yeni sektorlar çox sürətli şəkildə böyüyərək iqtisadi inkişafın lokomotivi statusuna gəlmişdir. Bu texnoloji inkişafla ortaya çıxan və böyük nisbətdə rəqəmsallığa və internetə bağlı olan yeni iqtisadiyyat, köhnə iqtisadiyyatda əhəmyyətli dəyişikliklərə səbəb olmuşdur. Yeni infomasiya, tədqiqat nəticələri və yeni texnologiyalar, zaman və xərcləri azaltmaqla birlikdə, cəmiyyətlərin yaşayış standartlarını da getdikcə artırmaqdadır. Elektronik rabitə texnologiyasının inkişafı nəticəsində, dünyanın böyük bir hissəsinin informasiyaya çox qısa zamanda çata bilməsi, cəmiyyətlərin bir-biriləri ilə rahat və geniş müstəvidə əlaqə qura bilmək imkanları, iqtisadi, sosial, mədəni və siyasi sahələrdə yeni əməkdaşlıq kimi imkanları meydana çıxarmaqdadır. Nəticədə son iyirmi il içində, informasiya texnologiyası təxmin etdiyimizdən də böyük bir inkişaf keçmişdir və iqtisadçıların əksəriyyəti hal-hazırda informasiya texnologiyalarının inkişafı və yayılmasının iqtisadi inkişafın və səmərəliliyi artmasında katalizator vəzifəsi daşıdığını qəbul etməyə başlamışdır. Harry S. Dent, 2020-ci illərin əvvəllərinə qədər davam edəcək olan bu perioddan sonra bu “Yeni iqtisadiyyat”, püxtələşmə mərhələsinə qədəm qoyacağını və 2048-ci ildə bu mərhələnin kuliminasiya nöqtəsində ikən yerini digər yeni başlamış “Yeni iqtisadiyyat”a verəcəyini yazır.

Elə isə, yeni iqtisadiyyata keçid dövründə cəmiyyətin strukturunun və iqtisadi baxımdan isə əmək ehtiyatları strukturunun kəmiyyət və keyfiyyət dəyişikliyi prosesi getməsi normal bir vəziyyətdir. Əgər 19 və 20-ci əsrlərdə yüksək texnologiya, innovasiyalar sadəcə hərbi-təhlükəsizlik baxımından əhəmiyyətli idisə, “elmlər akademiyaları” dövlətin digər dövlətlərlə soyuq müharibələrdə qalib gəlməsinə hesablanmışdırsa, hal-hazırkı “yeni iqtisadiyyat” dövründə elm, texnologiya, innovasiya, mühəndislik və s. anlayışlar iqtisadi inkişafın əsası olan predmetlərin meydana gətirilməsinə birbaşa xidmət edir. Bir də ki, bu, həm də soyuq müharibənin bitdiyi dövrdə onun yerini alan iqtisadi müharibə üçün ən yaxşı vasitədir. Məhz bu səbəbdən, mühəndislik ixtisası və texniki-mühəndislik kadrları ötən əsrə görə ölkə üçün həyati əhəmiyyət kəsb edir.

Nəzəri cəhətdən, XX əsrin ortalarına qədər iqtisadi inkişafı “Ekzogen inkişaf nəzəriyyələri” ilə əsaslandıran elm dünyası, Romer  ve Lucas-ın elmə qazandırdığı “Endogen inkişaf nəzəriyyələri” kimi tədqiqatlardan sonra iqtisadi inkişafın yeni əsasları müzakirə edilməyə başlanmışdır. A. Smith, D. Ricardo və K. Marks kimi klassik iqtisadçılar ilk inkişaf nəzəriyyələrini ənənəvi istehsal faktorları olan əmək və sərmayə ilə əsaslandırırdılar. Müasir dövrdəki Solov-Svan tipli neoklassik inkişafın tərəfdarları isə ənənəvi xətt tərəfdarlarının fikirləri ilə yanaşı, texnologiyanı da faktorlara daxil edərək xarici təsir elementi kimi qəbul etdilər ancaq xüsusilə də müasir dövrdəki ölkələrin inkişaf səviyyəsindəki fərqlilikləri izah edə bilmədilər. Müasir nəzəriyyələr isə texnologiyanın artıq endogen olduğunu irəli sürərək, bu sahə üzrə müxtəlif inkişaf modelləri üzərində işləyirlər. Bu sahədə irəli sürülən əsas nəzəriyyələr Tədqiqat-İnkişaf Modeli, İnsan Kapitalı Modeli, İnformasiya Daşqınları Modeli və Dövlət Siyasəti Modeli kimi modellərdir. Bu nəzəriyyələrin ən əhəmiyyətli nəticəsi dünya səviyyəsində informasiya emalçısı və informasiyanı məhsul və texnologiya kimi “fiziki” hala transformasiya edə bilən iqtisadiyyatlardakı inkişaf tendensiyası, daha davamlı və sürətli şəkildə seyr edir.

Bu nəzəriyyələrin içində insan kapitalı modelləri xüsusi çəkiyə malikdir. İqtisadi inkişafın əsas gücünü meydana gətirən insan kapitalı, şəxsin və ya cəmiyyətin malik olduğu bilik, bacarıq və qabiliyyətlər, sağlamlıq keyfiyyəti, cəmiyyət münasibələrindəki yeri və təhsil səviyyəsi kimi anlayışların hamısını ifadə etmək üçün nəzərdə tutulur. İnsan kapitalı ifadəsindən ilk bəhs edən iqtisadçılar Adam Smit, J.Stuart Mill və Alfred Marshall olmasına baxmayaraq onların fikirləri müasir insan kapitalı hipotezlərinə çox təsir göstərməmişdir. Daha sonra Denison, Schultz və Becker kimi iqtisadçılar Smitin fikirlərindən istifadə edərək insan kapitalı hipotezini inkişaf etdirmişlər. Yaxın keçmişdə isə Lucas və Rebelo modellərində isə insan kapitalı da fiziki kapital kimi istehsal faktorları siyahısına daxil olmuşdur.

Praktiki olaraq insan kapitalı faktorunun gücləndiyi periodun 1990-cı illərə aid olduğu hər kəsə məlum bir faktdır. İnsan kapitalının həmişəkindən də əhəmiyyətli olduğu informasiya cəmiyyəti quruculuğu prosesində, 1990-cı il ABŞ-ın 23 fevral 1993 tarixli “Technology for America’s Economic Growth, A New Direction to Build Economic Strength” adlı sənəd diqqətimizi çəkməyə bilməz. Bu sənəddə 3 hədəfə işarə edilir – Texnologiya yolu ilə uzun müddətli inkişaf, buna bağlı hökümətin daha təsirli siyasətləri həyata keçirməsi və əsas fənlər, riyaziyyat və mühəndislik ilə dünya liderliyi hədəfini özündə saxlamaq. Bu prossesin içində mövzumuzla bağlı olaraq STEM xüsusi çəkiyə malikdir. Orta təhsildən başlayaraq elm, texnologiya, mühəndislik, riyaziyyat kimi abbreviaturalaşdırılan STEM fokuslu təhsil siyasəti dövlət səviyyəsində həm ABŞ-da həm də digər aparıcı Avropa ölkələri, Yaponiya, Cənubi Koreya, Sinqapur və s. dövlətərdə həyata keçirildiyini müşahidə edirik.

Elə isə müasir informasiya əsrində və iqtisadiyyatında tələbata uyğun mühəndis-texniki kadr hazırlığı necə olmalıdır? ABŞ-da texniki-mühəndislik kadrların hazırlanmasına daha çox dolayı yol ilə 1932-ci ildə qurulmuş ABET akkreditasiya qurumu nəzarət edir. ABET-in mühəndislik təhsili verən proqramlar üçün inkişaf etdirməsi vacib olan xüsusiyyətləri Mühəndislik Kriteriyalarına nəzər salmaq yerinə düşər:

  1. Riyaziyyat, dəqiq fənlər və mühəndislik biliklərini təcrübə imkanı
  2. Sınaq dizaynı, məlumat analizi və məlumatdan nəticə çıxarma
  3. Bir sistemi, hissələrini və ya həll etmə metodlarını dizayn
  4. Fənnlər arası bir qrup içində işləyə bilmə
  5. Mühəndislik problemlərini təyin etmə, modelləşdirmə, həll etmə
  6. Professional və etik məsuliyyətlərin şüurunda olmaq
  7. Effektiv şəkildə ünsiyyət qura bilmə bacarığı
  8. Mühəndislik həllərini qlobal və ictimai mənada təsirini qavraya biləcək geniş vizyon qabiliyyəti
  9. Zəruri məsələləri təyin etmək, həyat boyu öyrənmə
  10. Qüvvədə olan qanun və sərəncamlar haqqında məlumat sahibi olma
  11. Mühəndislik təcrübələri üçün lazım olan mühəndislik vasitələrini, qabiliyyətlərini və texnikasını istifadə etmə

Gördüyümüz kimi, bir mühəndisin mühəndis olaraq əldə etməsi vacib olan klassik bilik və bacarıqlardan əlavə yeni dünyanın qanunlarına müvafiq şəxsi keyfiyyətlər də çox əhəmiyyətlidir. Dövlətimizin karbohidrogenlərdən əldə etdiyi gəlir ilə, inkişaf strategiyalarına xərclənən məbləğlərin yanında xüsusilə də yeni iqtisadiyyatın hərəkət verici qüvvəsi olan texniki-mühəndis kadr potensialımız qeyd edilən səviyyədədirmi? Bu haqda çox optimist ola bilməyəcəyik. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində 20 ilə yaxındır ki, mühəndis-texniki kadrların hazırlanması orta məktəb səviyyəsindən başlanılır. Məktəblərdə tədrisdən əlavə biliklərin daha yüksək səviyyəyə çatdırılması və gələcəkdə daha güclü mütəxəssis hazırlanması məqsədilə bu ölkələrdə sərgilər və müsabiqələr keçirilir. Bunlardan sadəcə orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş və hər il dünya səviyyəsində keçirilən “Google Science Fair” və “The Intel International Science and Engineering Fair” müsabiqələrinin adlarını çəkmək olar. Heç şübhəsiz bu sahədə görülən işlər və atılan addımlar STEM adlı terminlə birbaşa bağlıdır.

Yuxarıda da bəhs etdiyimiz kimi, STEM ingilis dilində elm, texnika, mühəndislik və riyaziyyat sözlərinin baş hərflərinin bir yerdə yazılması ilə meydana gəlmişdir. Şərti olaraq Azərbaycan dilində biz bunu, RiTEM(Riyaziyyat, Texnologiya, Elm, Mühəndislik) adlandıra bilərik. RiTEM, əsasən orta məktəbdə real həyatda tətbiq edilə bilən və dəqiq fənlər, elm, texnologiyanı sevdirən layihə əsaslı təlim və ya dərslərdir ki, bu şagirdlərin texniki-mühəndislik profilini sevməsini təmin edir, bundan əlavə onların sual vermə, tənqid etmə, tədqiqat aparma, ünsiyyət, kommanda işi, hesabat və s. kimi müasir bacarıqlarının də artmasına birbaşa təsir göstərir.

Türkiyə Respublikasında ən böyük iş adamları ictimai birliyi olan TÜSİAD-ın 2014-cü ildəki “STEM sahəsində təhsil almış kadrlara tələb və gələcək gözləntilərin araşdırılması” tədqiqatında bu mövzuya çox yaxşı toxunulmuşdur. Qeyd edilən araşdırmaya görə, Qlobal Rəqabət İndeksində ilk sırada olan ölkələrin iqtisadiyyatına fikir versək, informasiya istehsalının çox yüksək payını açıq şəkildə görə bilərik. İnformasiyanı istehsal edən kadrların böyük əksəriyyətini isə, RiTEM kadrları təşkil edir. Dünyada informasiya ixrac edən ən böyük ölkələrin başında gələn ABŞ-da yaxın 35 il ərzində RiTEM kadrlarına olan ehtiyac 60% artmış və son 10 il ərzində isə RiTEM kadrlarının işəgötürülmə faizi digər profillərə görə 3 dəfə artmışdır. Türkiyə Respublikasında da yaxın 5 il ərzində RiTEM kadrlarına olan ehtiyacın və işə götürülmənin əhəmiyyətli dərəcədə artması gözlənilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyd edilən innovasiya əsaslı cəmiyyətə keçid və bu sahədə kadr hazırlığı məsələləri dövlətin bu məsələyə daha ciddi yanaşmasını zəruri edir. Hal-hazırda 9,6 milyon olan Azərbaycan əhalisinin, 2025-ci ildə təxminən 11 milyon, bəsit hesablama ilə 2040-ci ildə 14-15 milyon olacağı gözlənilir. Onda belə bir sual meydana çıxır: İnformasiya əsrindəki yeni iqtisadiyyatda RiTEM sahəsində keyfiyyətli kadrları necə yetişdirə bilərik? Bunun üçün RiTEM mövzusunu təhsil sahəsinin hər mərhələsində müzakirə və tətbiq etməliyik. Təbii ki, baza üçün ən əsas nöqtə məktəb, daha sonra isə məktəbəqədər və məktəbdən sonrakı təhsildə şagirdlərin və tələbələrin sual soruşma qabiliyyətini, maraqlarını, tədqiqat, xəyal etmə gücünü və s. inkişaf etdirmə yollarını tapmalıyıq.

Məşğulluq statistikasına nəzər yetirsək görərik ki, 2012-ci ilə qədər Azərbaycan əhalisinin 40%-nə yaxın hissəsi kənd təsərrüfatı ilə məşğul olmuşdur, sənaye ilə məşğulluq nisbəti isə 10% əhatəsində seyr etmişdir ki, informasiya iqtisadiyyatı quruculuğu aparılan dövlətlərin göstəriciləri tam əks mövqedə çıxış edir. Əlbəttə ki, kənd təsərrüfatı qida təhlükəsizliyi və bəşəriyyətin istehlakının əsası olan kənd təsərrüfatında idxala bağlılığı azaltmaq baxımından çox əhəmiyyətlidir. Ümumilli lider Heydər Əliyevin müstəqillik tariximizdən əvvəl və sonra gördüyü işlər bu kontekstdən qiymətləndirilməlidir, ancaq  konyukturanın dəyişdiyi, yeni dünya iqtisadiyyatının formalaşdığı dövrdə sənaye sektoruna daha böyük əhəmiyyət vermək həyati əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, cənab prezident İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir və bu sahədə bir çox işlər görülmüşdür. Mülahizəmizin əsası kənd təsərrüfatı sektorunun payını azaltmaq deyil,  onun yerinə kənd təsərrüfatı da daxil olmaqla bütün sektorları yeni dünya iqtisadiyyatına müvafiq olaraq transformasiya edilməsi və ya yenidən qurulmasının vacibliyinin dərk edilməsidir.

Qeyd edilən sahə həm də ona görə əhəmiyyətlidir ki, bu sahədə görülən işlər yaxşı halda 5-10 il, əksər halda isə 20-25 il ərzində öz bəhrəsini verir. Bu o deməkdir ki, 2040-cı il üçün indidən iqtisadiyyatımızın neft-qazdan asılılığını azaltmağa birbaşa təsir edən təhsil ishalatları kimi fəaliyyətlərin içində informasiya istehsal edəcək olan kadrların yetişdirilməsi üçün daha böyük işlər görülməlidir. 2015-ci il Qlobal Rəqabət İndeksi Hesabatına görə Azərbaycanın 38-ci yerdə olması və bunun üçün sayılan problemlərin başında yetəri qədər əmək ehtiyatının olmaması, innovasiya üçün yetərsiz potensial kimi məsələləri xüsusi qeyd etmək olar. Digər problemlərin həll edilməsi qısa müddət ərzində mümkün olsa da, yuxarıda qeyd edilən problemlərin həll edilməsi üçün 20-25 illik bir müddətə ehtiyac vardır.

Azərbaycanda artıq bu sahədə dövlət səviyəssində müxtəlif işlər gedir, özəl təşəbbüs olaraq isə Engineering For Kids şirkətinin Azərbaycan təmsilçiliyini qeyd edə bilərik. Nəzərə alsaq ki, bu şirkət daha çox 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuşdur və qurum maddi məqsədli özəl şirkətdir, RiTEM sahəsində görülən işlər kifayət qədər ola bilməz. Əslində isə, RiTEM üzrə işlər bütün ölkəni əhatə etməli və  aidiyyatı qurumlar da işə cəlb edilməsi dövlət üçün əhəmiyyətli məsələdir.

Mühəndis-texniki kadrların hazırlanmasında ikinci baza mövqeyində çıxış edən texniki-peşə təhsili, daha sonra isə bakalavr təhsili əhəmiyyətli yer tutur. Bu sahələrin qiymətləndirilməsi növbəti məqalələrə saxlanaraq, qısa olaraq aşağıdakılar qeyd edilə bilər:

  • Məcburi təhsildən sonra nəzərdə tutulan texniki-peşə təhsili məktəblərində humanitar elmlər, dəqiq elmlər və texniki elmlər olmaqla 3 akademik istiqamət olmalıdır. Bu istiqamətlərin hər biri, digər 2 istiqamətləri də əhatə edəcək şəkildə dizayn edilməlidir və təhsil peşə istiqamətinə görə yox sektora söykənən proqram anlayışını özündə əks etdirməlidir.
  • Texniki-mühəndis təhsili verən universitetlərin müvafiq fakültələri avropa və ya ABŞ akkreditasiya qurumlarından akkreditasiyadan keçməli və müasir standartara müvafiq təhsil yolunda ilk addımı atmalıdır.
  • Türkiyə Respublikası təcrübəsindəki kimi, Türkiyə Mühəndislər və Memarlar Palataları Birliyi kimi dövlətin nəzarətində bir təşkilat qurulmalıdır. Bu quruma peşə standartlarını təyin edən, mühəndis-texniki kadrların inkişafını nəzərdə tutan, müxətif qayda və prosedurlar təyin edən və s. kimi məsələlərə nəzarət edən hər bir sahə üzrə müvafiq alt palatalar fəaliyyət göstərməlidir.
  • Bundan əlavə ən əhəmiyyətli məsələlərdən biri olaraq, mühəndis-texniki kadrların daimi inkişafını nəzərdə tutan ABŞ-dakı PE(Professional Engineer) və ya İngiltərədəki CEng(Certified Engineer) kimi praktikalar tətbiq olunmalıdır ki, bununla universitet məzunu olan hər bir şəxs reallıqda mühəndis olmur, bir neçə illik təhsil və müəyyən şərtlərdən sonra təsdiqlənmiş mühəndis adını qazana bilər.
  • Magistr və daha sonrakı elmi sahədə mühəndis kadrların yetişdirilməsi üçün mütləq daha böyük invesitisiyalar tələb olunur. Ona görə bu mərhələyə qədər qeyd edilən baza qurulmalı və ondan sonra mühəndislik sahəsində elmi fəaliyyətin artırılması tədbirləri həyata keçirilməlidir.

Ədəbiyyat siyahısı:

  1. “Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı http://www.president.az/files/future_az.pdf
  2. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi”, Azərbaycanın Statistik Göstəricilləri, 2012
  3. ABET, “Criteria for Accrediting Engineering Programs”, http://www.abet.org
  4. Harry S. Dent “The Great Depression Ahead: How to Prosper in the Crash Following the Greatest Boom in History”, 2008
  5. Lucas, Robert E., Jr. (1988) “On the Mechanics of Economic Development,” Journal of Monetary Economics, 22:3-42.
  6. Muhsin Kar, Hüseyin Ağır, Türkiye’de Beşeri Sermaye ve Ekonomik Büyüme İlişkisi: Nedensellik Testi (Neo­Klasik Büyüme Teorisi) Kahramanmaraş Sütçü İmam Üniversitesi, Sosyal Bilimler Dergisi, 2006, 6(11):51-68
  7. Romer, Paul M. (1990) “Human Capital and Growth: Theory and Evidence,” Carnegie–Rochester Conference Series on Public Policy, 32: 251–85.
  8. Sala-i Martin, X. (1990), Lecture Notes on Economic Growth (I): Introduction to the Literature and NeoClassical Models, NBER Working paper, No.3563.
  9. TUSİAD, “STEM Alanında Eğitim Almış İşgücüne Yönelik Talep ve Beklentiler Araştırması”, 2014
  10. William Jefferson Clinton, (1993) “Technology For America’s Economic Growth: A New Direction To Build Economic Strength”, The Bottom Line, 6, 3/4: 4 – 17

Avropa Oyunları Bakı 2015 ilə bağlı

Kiçik qurumlara rəhbərlik edənlər oxumasın.

1 – Nə vaxt görmüsünüz ki, bütün problemlər həll edilib ondan sonra bu cür tədbirlər keçirilib?! Elə bir dövlət tanıyırsınız mı? Avropa və Amerikada bütün problemlər həll olub deyə bu tədbirlər keçirilir?!
2- Bir az fəlsəfi olacaq ancaq – Ümumiyyətlə “bütün problemlərin həll olması” anlayışı bu dünyada mövcuddur mu?

Bunlar nisbi məsələlərdir. Qərar verici olmaq çətindir. Ən azı 10 nəfərlik və illik büdcəsi də 100 000 AZN-dən çox olan qurumu idarə etməyən seçim qarşısında olmağın, qərar verməyin nə qədər çətin olduğunu anlaya bilməz. İdarə edənlər isə bilir ki, hər iki halda sən tənqid ediləcəksən. Ona görə prioritetlər seçib ona görə strategiya və hədəflər görmək müvəffəqiyyəti gətirə bilər.

p.s.bu arada təbii ki, insan çiy süd əmmişdir deyirlər, bu prosesin hər iki halında da şəxsi məqsədlər üçün “istifadə edənlər” də olacaq. Bunun qarşısını almaq dünya tarixi boyunca mümkün olmayıb.

#BEGmatters #Baku2015